• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ölkəmizi Düşənbə şəhərində XVI Delfi Oyunlarında təmsil edib
Oktyabr 18, 2022

Düşənbə şəhərində MDB iştirakçı dövlətləri gənclərinin XVI Delfi Oyunları təşkil olunub. Müsabiqədə birlik ölkələrindən 10-25 yaş arası 500-ə yaxın oğlan və qız iştirak edib. Münsiflər heyətində MDB-dən olan 30-dan çox görkəmli rəssam, professor və sənətşünaslıq doktoru yer alıb. Bu yarış Delfi Birliyi Oyunlarının 20-ci ildönümünün qeyd olunmasında mühüm hadisə olub.

Oyunlar gənc istedadların peşəkar yüksəlişinə və milli mədəniyyətlərin inkişafına kömək etmək, mədəniyyətlərarası dialoqu təşviq etmək və ölkələr arasında əlaqələri gücləndirmək, həmçinin tədbir turizmini və yaradıcı sənayeni inkişaf etdirmək məqsədilə keçirilir.

2022-ci ilin XVI Delfi Oyunlarına Azərbaycan Respublikasından Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə  Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin nümayəndə heyyəti qatılıb. Məktəbin direktoru, Azərbaycan Respublikasının  Əməkdar artisti, dosent Əziz Qarayusfli Delfi Oyunlarında  nəfəs alətləri nominasiyası üzrə münsiflər heyətinin sədri kimi ölkəmizi təmsil edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Xatirə  Həsənzadə  və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi Şahnaz Muradova oyunlar çərçivəsində M.Tursunzoda adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təşkil olunmuş elmi konfranslarda iştirak ediblər.

Qeyd edək ki, şagirdllərimiz böyüklər qrupunda – Məryam Məmmədova və kiçiklər qrupunda- Sübhan Tahirov ( konsertmeyster Sevinc Kərimova) gənclər arasında xalq çalğı alətləri nominasiyasında 2-ci mərhələyə keçid alaraq yarışların diplomantı adını qazanıblar. Tədbir oktyabrın 17-də S.Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında XVI Delfi Oyunlarının əsas tədbiri olan qala-konsertlə yekunlaşıb.

Qeyd edək ki, bu il müsabiqə proqramına 10 nominasiya daxil edilib. Düşənbədəki Oyunların nominasiyaları üçün ölkənin ən yaxşı mədəniyyət ocaqları – T.Sattorov adına Tacikistanın Milli Konservatoriyası, Tacikistanın Dövlət Təsviri İncəsənət və Dizayn İnstitutu və s. cəlb olunub.

Səfər zamanı məktəbin direktoru, dosent Əziz Qarayusifli 18 oktyabr tarixində Ziyodullo Şahidi adına  Xüsusi onbirillik musiqi məktəbində şagirdlər üçün ustad dərsləri keçirərək şagirdlərə faydalı məsləhətlər verib.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ