• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Cəmilə Qarayusifli, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində Fəridə Rüstəmova tərəfindən ustad dərsləri keçirilib
Aprel 11, 2022

Xarici ölkələrdə Vətənimizi təmsil edən, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, İsveçrə Konfederasiyasında master-solist pilləsində təhsil alan, Master Specialized Music Performance Soloist (Switzerland), “Hans Schaeuble” mükafatı laureatı, respublika və beynəlxalq müsabiqələr laureatı Cəmilə Qarayusifli  İsveçrədən və   2019-cu ildə professor İ.Rissinin sinfində doktoranturanı qırmızı diplomla bitirən, “Rising star 2019” adına layiq görülmüş Baden-Vyurtemberqdə yerləşən bütün konservatoriyaların  yeganə skripka ifaçısı, 2019-cu ildə “Global Music Partnership” beynəlxalq müsabiqəsində Qran Pri mükafatına layiq görülmüş, Almaniyanın Manhaym Opera Teatrının orkestr artisti, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Fəridə Rüstəmova Almaniyadan Azərbaycan Respublikasının Xalq artisti, professor Zəhra Quliyevanı yubileyi münasibətilə  təbrik etmək məqsədilə ölkəyə gəliblər və yubileydə iştirak edərək möhtəşəm ifaları ilə yubiley iştirakçılarını sevindiriblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 11-12 aprel tarixlərində Cəmilə Qarayusifli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Ş.Ələkbərova adına 20, Ə.Bədəlbəyli adına 23, T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəblərinin, S.Rüstəmov adına 13, K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəblərinin, 33, 30 nömrəli uşaq musiqi məktəblərinin və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin, 5 və 9 aprel tarixlərində isə Fəridə Rüstəmova Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində M.Maqomayev adına 26, R.Behbudov  adına 2 nömrəli onbirillik musiqi məktəblərinin, Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin, 4 nömrəli uşaq incəsənət məktəbinin, 28, 37 nömrəli uşaq musiqi məktəblərinin və Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinə violin ixtisası üzrə ustad dərslərii keçiblər.

Cəmilə Qarayusifli və Fəridə Rüstəmova ustad dərsləri zamanı hərbir ustad dərsinin iştirakçısının çıxışını dinləyərək onların çıxışları haqqında qeydlər aparıblar, onlara öz məsləhətlərini veriblər və ustad dərsinin iştirakçıları ilə violində düzgün ifa etməyin sirləri ilə bölüşüblər.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ