• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Novruz bayramı” münasibətilə müəllimlərin iştirakı ilə konsert keçirildi
Mart 16, 2022

Martın 16-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Novruz bayramı” münasibətilə müəllimlərin iştirakı ilə konsert keçirilmişdir.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, Azərbaycan Respublikanın Əməkdar artisti, dosent Əziz Qarayusifli ( klarnet)  müəllim Tatyana Qarayusifli (fortepiano) ilə birlikdə Z. Bağırovun “Rapsodiya” əsərini ifa edərək konserti açıq elan etdi.

Tədbirdə  digər musiqi məktəblərinin direktorları, bu musiqi ocağında uzun müddət fəaliyyət göstərmiş keçmiş müəllimlər və bir çox qonaqlar iştirak etmişdilər. Tədbirdə iştirak edə bilməyən məktəbin keçmiş müəllimləri isə video vasitəsilə  tədbir iştirakçılarına öz xoş arzularını çatdırmışdılar.

Konsert zamanı bayram abu-havasına uyğun maraqlı videoçarxlar, foto slaydlar, səhnəciklər göstərildi.

Bu musiqi ocağının istedadlı, peşəkar müəllimlərinin ifalarında bir birindən fərqli, rəngarəng, maraqlı, yüskək səviyyədə nömrələr təqdim edildi.

Xoreoqrafiya və rəssamlıq şöbəsinin müəllimləri Nigar Şixəliyeva və Əli Ağadadaşov tərəfindən təşkil edilmiş bayramla bağlı  rəsm sərgisi tədbirə xüsusi  bir rəngarənglik qatdı

Tədbirin təşkilatçısı və aparıcısı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi,  musiqişünas Leyla Həsənova idi.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ