• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Narkomaniyasız gələcəyə doğru” adlı tədbir keçirilib
Aprel 18, 2022

18 aprel 2022-ci il tarixundə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində  “Narkomaniyasız gələcəyə doğru” adlı tədbir keçirilib.

Tədbirin aparıcısı – nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Pərvin Səfərli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” ilə bağlı çıxış etdi və məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifliyə söz verdi.

Məktəbin direktoru tədbir iştirakçılarını salamladı,  tədbiri açıq elan etdi və şagirdləri bu zərərli vərdişlərdən uzaq olmağa səslədi.

Tədbirdə qonaq qismində  Nərimanov Rayonu Polis İdarəsinin Veteranlar Şurasının sədri,  ehtiyatda olan polkovnik Ramiz Məmmədov,  Şuranın sədr müavini, ehtiyatda olan polkovnik Eyvaz Nurməmmədov, yeniyetmələrlə iş üzrə inspektor, polis kapitanı Emin Zeynalov iştirak etdilər.

Qonaqlar çıxış edərək  tədbir iştirakçılarına öz dəyərli məsləhətlərini verdilər və  insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biri olan narkotik   vasitələrin insan həyatına, orqanizminə göstərdiyi mənfi təsirlər barədə danışdılar, Narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, onun fəsadları barədə geniş məlumat verərək  tədbir iştirakçılarını  bu zərərli vərdişlərdən uzaq durmağa səslədilər.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ