• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 85 illik yubiley tədbirləri çərçivəsndə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş yubiley konserti keçirilib
May 10, 2022

10 may tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 85 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş təntənəli yubiley konserti keçirildi.

Tədbirin aparıcısı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi, musiqişünas Leyla Həsənova yubiley konsertini açıq elan edərək Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini xanım Sevda Məmmədəliyevaya söz verdi.

Nazir müavini xanım Sevda Məmmədəliyeva çıxış edərək məktəbin bu günə kimi əldə etdiyi uğurlarından və nailiyyətlərindən  danışdı və sonra Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusiflini səhnəyə dəvət edərək təntənəli surətdə Fəxri Fərmanı təqdim etdi.

Sonra Azərbaycan Respublikası “Yeni Azərbaycan Partiyası” Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev məktəbi yubiley münasibətilə təbrik etdi.

Tədbirdə qonaq qismində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin  elm, təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimova və digər nümayəndələr, Nərimanov rayon  icra hakimiyyətinin başçısının müavini İradə Muradova və digər dövlət qurumlarının rəhbərləri və nümayəndələri iştirak etdi.

Tədbirdə məktəbin şagirdləri bir birindən gözəl ifalarla çıxış etdilər. Məktəbin direktoru Əziz Qarayusiflinin (klarnet) məktəbin şagirdi Şəms Əlili (violin) ilə birlikdə M.Bruxun əsərlərindən etdikləri ifa tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Tədbirin sonunda Xoreoqrafiya və rəssamlıq şöbəsinin müəllimləri  tərəfindən məktəbin rəsm sərgisi də təqdim edilib.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ