• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli Macarıstanın paytaxtı Budapeşt şəhərində hər il keçirilən Bach Mindenkinek Festivalına (BMF) Fəxri qonaq kimi dəvət alıb
Mart 20, 2022

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli Macarıstanın paytaxtı Budapeşt şəhərində hər il keçirilən Bach Mindenkinek Festivalına (BMF) Fəxri qonaq kimi dəvət alıb və üç gün müddətində olan səfər çərçivəsində Bocskai İstvan İslahatlar Təhsil Mərkəzinin təzə korpusunun açılışında, 2 il təmirdə olan yenidən bərpa edilmiş  Macarıstan Dövlət Opera Teatrında və Macarıstanın  ən müasir Musiqi Mərkəzinin binasının açılışında olmuşdur.

21 mart tarixində məktəbin direktoru festivalın açılışında iştirak edib. Açılışda polislərin xor kollektivi, uşaq xoru, solistlər çıxış edib. Hər il olduğu kimi festivalda tanınmış alman bəstəkarı İohann Sebastyan Baxın doğum günü qeyd olunur.

Festivalın məqsədi Dahi bəstəkar Baxın  musiqisinin   Budapeştdə və onun hüdudlarından kənarda mümkün qədər çox  tamaşaçılara çatdırılması, mədəniyyətin və birliyin nümayiş etdiririlməsidir

22 mart tarixində isə Əziz Qarayusifli Bocskai İstvan İslahatlar Təhsil Mərkəzinin təzə korpusunun açılışına dəvət alıb. 5 təhsil müəssisəsindən (uşaq bağçası, orta məktəb, kollec, gimnaziya və incəsənət məktəbi), akkreditasiyadan keçmiş  dillər üzrə   beynəlxalq imtahan mərkəzindən, ECDL imtahan mərkəzindən və CİSCO Akademiyasından ibarət olduğuna görə bu çoxşaxəli  təhsil müəssisəsi təhsil mərkəzi adlanır. Mərkəzin təzə korpusunun açılışında şəhərin meri, nazirliklərdən nümayəndələr, Azərbaycanı isə tədbirdə, qonaq qismində dəvət olunmuş Əziz Qarayusifli təmsil edib. Tədbirdə uşaq nəfəs alətləri orkestri çıxış edib. Məktəbin direktoru yeni korpusunun açılışı ilə bağlı mərkəzə hədiyyə təqdim edib və öz çıxışında  bu çoxşaxəli təhsil mərkəzinin  inkişaf etməsini və uşaqların musiqi inkişafı ilə birlikdə fiziki inkişaf etmələri və sağlam böyümələri  diqqət mərkəzində olmasını vurğulayıb.

Səfərin sonuncu günündə Əziz Qarayusifli 2 il təmirdə olan və yenidən bərpa edilmiş  Macarıstan Dövlət Opera Teatrında, açılışdan əvvəl ilk qonaqlardan biri olub və həmin gün Macarıstanın ən müassir akustika və avadanlıqlardan ibarət Musiqi Mərkəzinin binasının açılışında iştirak etmişdir.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ