• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli bəstəkar Tofiq Bakıxanovun 90 illik yubileyi münasibətilə “90 yaşlı musiqi qəhrəmanı” adlı tədbir keçirildi
Fevral 17, 2022

Fevral ayının 17-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli bəstəkar Tofiq Bakıxanovun 90 illik yubileyi münasibətilə “90 yaşlı musiqi qəhrəmanı” adlı tədbir keçirildi.

Tədbirin aparıcısı və təşkilatçısı, musiqişünas Nərgiz Kərimova bəstəkarın ömür yolunu işıqlandıraraq onun əsərlərindən ibarət əsrarəngiz konsert proqramını təqdim etdi.

Tədbir zamanı məktəbin şagirdləri və müəllimlərinin ifasında bəstəkarın əsərlərindən ibarət gözəl ifalar səsləndi.  Hər ifa dinləyicilərin alqış yağışı ilə qarşılandı. Konsertdə bəstəkarın mahnılarından ibarət disk təqdimatı da keçirildi. Diski hazırlayan isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin vokal ixtisası üzrə müəllimi İslamə Abdullayeva idi. Bundan başqa məktəbin Xoreoqrafiya və rəssamlıq şöbəsinin rəsm müəllimi Əli Ağadadaşovun çəkdiyi portret bəstəkara məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli tərəfindən hədiyyə olundu. Tədbirin yüksək səviyyəsindən ürək dolusu razılıq edən Tofiq Bakıxanov iştrakçılara öz təşəkkürünü bildirdi və məktəbin şagirdi Əmirə Terequlovaya gözəl ifasından sonra hədiyyələr verərək uğurlar arzu etdi.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ