• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Musiqili Xəmsə” adlı bilik yarışması keçirilib
May 23, 2022

Mayın 23-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Şuşa ili” çərçivəsində  “Musiqili Xəmsə” adlı  bilik yarışması keçirilib.

Musiqi ədəbiyyatı fənni üzrə buraxılış sinifləri arasında keçirilən yarışmada 5 komanda birinci yerə görə mübarizə aparırdı.

Beş raunddan ibarət  yarışda tədbirin təşkilatçısı və aparıcısı, məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi, musiqişünas Pərvin Səfərli  bəstəkarların yaradıcılığı və əsərlərindən maraqll  faktlar, əyləncəli suallar səsləndirdi.

Münsiflər heyəti məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli və Tədris işləri üzrə direktor müavini Mənsurə Quliyeva idi.

Yarışda “Vo ves qolos” yarışmasının diplomantı, məktəbin tələbəsi Lalə Qafarova gözəl ifası ilə iştirakçıları və tamaşaçıları sevindirdi.

Yarış zamanı tamaşaçllar arasında da 2 oyun keçirildi.

Qaliblər diplom və təşəkkürnamə ilə təltif edildilər.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ