• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi “Şuşa ili” çərçivəsində Şuşa rayonunun və digər bölgələrin uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə muğam festivalının II turuna start verdi
İyun 5, 2022

05 yanvar 2022-ci il tarixli   Azərbaycan Respublikası Prezidentinin Sərəncamına  əsasən  “ Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı,  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 9 may 2022-ci il tarixli, 149-f nömrəli əmrinə əsasən  5 iyun 2022 il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Şuşa ili” çərçivəsində Şuşa rayonunun və digər bölgələrin uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin  iştirakı ilə muğam festivalının II turuna start verdi.

Festivalın münsiflər heyəti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq artisti Teyyub Aslanov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının dosenti, Azərbaycan Respublikasının Əməkdar artisti Zakir Əliyevdir.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ