• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi “Şuşa ili” çərçivəsində “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Şuşa- Uşaqların gözü ilə” adlı sərgi və konsert proqramı ilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Bakı Xanları” parkında çıxış ediblər
İyun 4, 2022

05 yanvar 2022-ci il tarixli   Azərbaycan Respublikası Prezidentinin Sərəncamına  əsasən  “ Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı 4 iyun 2022 il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Şuşa ili” çərçivəsində “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə  həsr olunmuş  “Şuşa- Uşaqların gözü ilə” adlı sərgi və konsert proqramı ilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Bakı Xanları” parkında çıxış ediblər.

Sərgidə 20-dən çox şagirdin 60-dan çox rəsm əsərlərinin nümayiş edildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli açıq elan etdi.

Məktəbin tar və vokal ifaçıları,  eləcə də rəqs qrupları çıxış edərək gözəl musiqi nömrələri təqdim etdilər.

Tədbirdə İçərişəhər Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Əminə Məlikova da çıxış edərək tədbirə görə öz təşəkkürünü bildirdi.

Tədbirin sonunda bütün iştirakçılar diplomlarla təltif edildi.

Tədbirin təşkilatçısı məktəbin rəsm müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Şixəliyeva, aparıcısı isə məktəbin müəllimi, musiqişünas Leyla Həsənova idi.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ