• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Şəki şəhərində məktəbin 85 illik yubileyi çərçivəsində layihə həyata keçirib
Aprel 1, 2022

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Şəki şəhərində məktəbin 85 illik yubileyi çərçivəsində  aprel ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Şəki Regional Mədəniyyət İdarəsinin təşkilati dəstəyi ilə İncəsənət məktəbində , 3 və 4  nömrəli Uşaq Musiqi məktəblərində  klarnet ixtisası üzrə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli, fortepiano ixtisası üzrə Tədris işləri üzrə direktor nüavini Mənsurə Quliyeva, kamança ixtisası üzrə Şahnaz Muradova,  tar ixtisası üzrə Nəbi Quliyev və vokal ixtisası üzrə Humay Süleymanlı tərəfindən müəllim və şagirdlərin bilik, bacarıq və peşə səriştələrinin artırılması üzrə ustad dərsləri və “1 Aprel -Ümumdünya Gülüş Günü” münasibətilə Sabit Rəhman adına  Şəki Dövlət Dram Teatrında “Gülüşümün vətəni Şəkim” adlı silsilə tədbirlər keçirmişdir.

Ustad dərsləri zamanı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri  ustad dərslərinin uşaq, yeniyetmə və gənclərin ifaçılıq qabiliyyətinin inkişaf etdirilməsində, yaradıcılıq bacarıqlarının düzgün istiqamətləndirilməsində müsbət rol oynadığını və bu dərslərin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi olduğunu bildiribər.

Sonra müəllimlər əsərlər üzərində təhlil göstərərək müəllimlərə və şagirdlərə öz tövsiyələrini veriblər. Ustad dərsləri başa çatdıqdan sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ustad dərslərində  Şəki, Oğuz və Qax məktəblərinin müəllimləri və şagirdləri iştirak ediblər.

Məktəbin direktoru, dosent Əziz Qarayusifli ( klarnet), Şahnaz Muradova ( kamança), Sevinc Kərimova ( fortepiano) və Bəturə Əhmədova (qanun) ilə birlikdə  Ü.Hacıbəylinin  musiqili komediyaları əsasında popurini ifa edərək Azərbaycan gülüş ustalarının əziz xatirəsinə  həsr olunmuş “Gülüşümün vətəni Şəkim” adlı tədbiri açıq elan ediblər.

Şəkinin görkəmli gülüş ustaları, bəstəkarları, aktyorları haqqında videoçarxlar və kino filimlərdən fraqmentlər nümayiş edilən  bu tədbir Şəki izləyiciləri tərəfindən böyük maraq və sevgi ilə qaşılanıb.

Tədbirin aparıcısı və təşkilatçısı musiqişünas Nərgiz Kərimova  tədbir zamanı Azərbaycan gülüş ustalarının yaradıcılığını işıqlandırıb.

Müəllim və şagirdlərin ifasında səslənən əsərlər hər dəfə dinləyicilərin gurultulu alqış sədaları  ilə müşayiət olunub.

Tədbirdə, Xoreoqrafiya və rəssamlıq şöbəsinin şagirdləri və  müəllimi Nigar Şixəliyeva tərəfindən gülüş ustalarının obrazları ilə bağlı rəsm sərgisi təşkil edilmişdi.

Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi səlahiyyətlərini icra edən Tərlan Nəsibov, Şəki rayon İcra Hakimiyyətinin nümayəndələri, bir sıra idarə, təşkilat, müəssisə rəhbərləri və şəhər sakinləri iştirak etmişdir. Sonda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi səlahiyyətlərini icra edən Tərlan Nəsibov çıxış edərək tədbir təşkilatçılarına təşəkkürünü bildirmişdir. Daha sonra Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, dosent Əziz Qarayusifli çıxış edərək, təşkilati dəstək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Şəki Regional Mədəniyyət İdarəsinə, Şəki şəhər Uşaq İncəsənət Məktəbinə və gələn qonaqlara öz minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda Şəki Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbov tərəfindən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, dosent Əziz Qarayusifliyə rəsm əsəri hədiyyə edildi.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ