• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “20 Yanvar – Qan Yaddaşımız” adlı tədbir keçirildi
Yanvar 19, 2022

Yanvarın 19-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 20 yanvar Ümumxalq hüzn günü ilə əlaqədar “20 Yanvar – Qan Yaddaşımız” adlı  tədbir keçirilib. Tədbirdə həmin tarixi gün ilə bağlı fotoşəkillər, video materiallar əsasında hazırlanmış təqdimat təqdim olunmuş və tarixi hadisə haqqında ətraflı məlumat verilmişdir. Həmçinin məktəbin şagirdləri Lamiyə Lətifova, Fatimə İsmayılzadə, Kənan Məmmədov, Əmirə Terequlova, Mehriban Quliyeva, Tamerlan Məmmədli, Ömər Məmmədli çıxış etmişdir.

Tədbirin sonunda Məktəbin direktoru Azərbaycan Respublikasının Əməkdar Artisti Əziz Qarayusifli çıxış edərək bildirdi ki, hər il yanvar ayının 20-si ölkəmizdə milli matəm günü kimi  qeyd edilir. 1990-cı ilin Qanlı Yanvarı tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

20 yanvar faciəsində xalqmızın yaşadığı müsibətlər nə qədər ağrılı-acılı olsa da, mili azadlıq mücadiləsinin şərəfli səhifəsi kimi əbədi olaraq tarixin yaddaşına əbədi həkk olunmuşdur. Həmçinin vurğulamışdır ki, Azərbaycanda suveren, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq məqsədi ilə 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun hərbi hissələri paytaxt Bakıya və respublikanın bir neçə rayonuna yeridilmişdir. Xalqın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış dinc əhaliyə qarşı ağır cinayət törədilmiş, yüzlərlə insan yaralanmış, qəddarcasına qətlə yetirilmiş və itkin düşmüşdür.

Tədbirin təşkilatçısı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi Fəriqə Məmmədzadə idi.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ