• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Xocalı -30. Bitməyən kədər” adlı tədbir keçirildi
Fevral 26, 2022

Fevralın 26-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində
“Xocalı -30. Bitməyən kədər” adlı tədbir keçirilib.

Tədbirin əvvəlində Azərbaycan  Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin müharibə dövründə xalqa müraciətindən  bir hissə səsləndi.

Tədbirin təşkilatçısı və aparıcısı nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Pərvin Səfərli  Xocalı faciəsi, xalqımıza qarşı aparılan soyqırım siyasəti haqqında, Ümummilli lider Heydər Əliyevin         Xocalı soyqırımının  tanınması yolunda atdığı addımlar   haqqında, səsimizin beynəlxalq aləmdə duyulması, bu yolda atılan addımlar, kampaniyalar  haqqında tədbir iştirakçılarına məlumat verdi.

“Xocalıya ədalət” kompanyasının dəstəyi ilə ərsəyə gələn və dünyanın bir çox ölkələrində nümayiş olunan “Sonsuz dəhliz” filmi və jurnalist Riçardas Lapaidisin misilsiz fəaliyyəti, çəkilməkdə olan növbəti film haqqında süjet gedərək bu haqda ətraflı danışıldı.

Sosial şəbəkələrdə yayılan “Sevinj stories” layihəsi şərh olundu və bu layihədən videoçarx nümayiş olundu.

Eyni zamanda “Holokost” faciəsi də anıldı. Erməni nasizminin xüsusiyyətləri ilə faşizmin bu iki soyqırımda oxşarlığı üzə çıxarıldı.

Fransız bəstəkarı Pierre  Thilloyun faciə qurbanlarına   həsr etdiyi “Xocalı 613” əsəri səsimizi bir daha dünyaya çatdırdı. Əsər ilk dəfə Azərbaycanda solistlər: Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru,  Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli (klarnet), Master Specialized Music Performance Soloist (Switzerland), xarici ölkələrdə Vətənimizi  təmsil edən Beynəlxalq müsabiqələr laureatı Cəmilə Qarayusifli (skripka) və Respublika müsabiqələr laureatı Baxış Binyətov ( balaban) dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin müşayiəti ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında ifa edilib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli səhnəyə çıxaraq əsərin ifası ilə bağlı öz təəsüratlarını bölüşdü  və Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdi.

Tədbirdə məktəbin müəllim və şagirdləri faciəyə həsr olunmuş nömrələr ilə çıxış etdilər. Çoxlu sayda faciyəyə həsr olunmuş videoslaydlar,  video – süjetlər nümayiş olundu.

Tədbirdə Xoreoqrafiya və rəssamlıq şöbəsi tərəfindən Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi  təşkil edilmişdi.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ