• Xəbərlər
  • QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNİN MƏZUN RƏSSAMLARININ SƏRGİSİ
İyun 19, 2019

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə neçə ildir ki, 18 İyun “İnsan hüquqları günü” kimi qeyd edilir. Yetişməkdə olan gənc nəslin hər bir nümayəndəsi üçün cəmiyyət və dövlət insan hüququ, azadlığının müdafiəsi üçün ona verilən bütün hüquqlardan tam istifadə etmək imkanı yaradır. 1 iyun 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində rəssamlıq sinfinin gənc müəllimi Əli Ağadadaşovun ilk məzunlarının həyata keçirilən sərgisi ölkədə 18 maydan 18 iyunadək elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində keçirildi. Aparıcı Leyla Həsənova buraxılış-məzun və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bu tədbir zamanı məzunların hər biri haqqında (Vüsalə Bayramova, Nərmin Abdinova, Məryəm Müfidzadə, Nigar Baxşəlizadə, Xumar Babazadə, Lətifə Fərəcova, Tural Talıbov, Aydan Qurbanzadə, Zərifə Baratzadə, Ləman Süleymanlı, Günay Əhmədova) məktəb illəri ərzində qazandıqları yaradıcılıq uğurlarından ətraflı, sənətin yeni pilləsinə qədəm qoymağa hazırlaşan rəssamların tərcümeyi-halından qısa məlumatlar verdi. Sərgidə şagirdlərin müxtəlif rəsm işləri nümayiş olundu. Tədbirə xüsusi maraq verən isə məzun-rəssamların məktəb illərində gördükləri işlər haqqında çəkilmiş, xatirələrdə qalacaq bir foto-slaydın təqdimatı oldu.
Məktəbin vokal sinfinin şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Nigar Rəhimova (müəllim: Reqina Məcidova) və “Səbinə” rəqs kollektivinin (rəhbər: Səbinə İsmayılova) çıxışları tədbirə rəngarənglik qatdı.
Sonda Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Respublikanın əməkdar artisti Əziz Qarayusifli çıxış edərək məzun-şagirdlərə diplom və xatirə hədiyyələri təqim etdi, onları və eləcə də rəsm şöbəsinin müəllimi Əli Ağadadaşovu təbrik edərək onlara uğur arzuladı.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ