• Xəbərlər
  • MAY AYININ 10-DA QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNDƏ ULU ÖNDƏR, ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 96-CI İL DÖNÜMÜ İLƏ ƏLAQƏDAR KONSERT KEÇİRİLDİ
May 11, 2019

May ayının 10-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Ulu öndər, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar konsert keçirildi. Bu il 96-ci ildönümünü olan bu tarixin qeyd olunması bir ənənə halını almışdır. Q.Qarayev adına Mərkəzin İncəsənət Məktəbi də öndə gedən musiqi ocaqlarından biri kimi bu əhəmiyyətli tədbirə böyük həvəslə hazırlaşmışdır. Tədbirin təşkilatçısı və aparıcısı musiqişünas Leyla Həsənova idi.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca isə aparıcı Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin həyatı və onun siyasəti haqqında məruzə söylədi.
Daha sonra musiqili hissəyə keçid verildi. Məktəbin xor kollektivi (müəllim və xormeyster Aynurə Əliyeva, konsertmeyster Samirə Musayeva) “Heydər Əliyev haqqında mahnı” nı (musiqisi İ.Əliyev) ifa etdilər. “Sarı gəlin” xalq rəqsi isə “Səbinə” rəqs kollektivi tərəfindən (müəllim: Səbinə İsmayılova) xüsusi bir rəngarəngliklə ifa edildi. “Vətən balladası” (mus: F.Sücəddinov) şagird Bədəlzadə Lalə (müəllim: Dilarə Manafova), “Azad bir quşdum” (mus: Z.Bağırov) əsəri isə Nəsirova Lalə (müəllim: Bəhriyyə Allahverdiyeva) ifalarında səsləndi. Xanəndə Mənzurə Abdurrəhmanova və Rabil Şirəlizadənin (müəllim: Lalə hüseynova) şirin avazla oxuduqları “Doğma diyar” (mus:R.Mirişli), eləcə də “Qarabağ” (mus: B.Nəsirov) mahnıları böyük maraqla qarşılandı. Ifaçılarımıza isə müəllimlər E.Məmmədov (kamança), N. Quliyev (tar), S.Musayeva (f-no), R.Sultanov (nağara) peşəkarcasına müşayiət etdilər.
Konsert zamanı H.Əliyev haqqında foto-slayd və video çarxlar nümayiş olundu.
Sonda isə Məktəbin direktoru öz ürək sözlərini söylədi və Ulu öndər H.Əliyev haqqında xatirələrini bölüşdü.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ