Bəhriyyə Allahverdiyeva

“Fortepiano ansamblı və müşayiət” şöbəsi

Bəhriyyə Allahverdiyeva

Allahverdiyeva Bəhriyyə Kamil qızı 1 sentyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini 1982 – 1989-cu illərdə V. Mustafazadə adına 1 saylı Uşaq musiqi məktəbinin fortepiano sinfində alıb.

1989 – 1993-cü illərdə B. Allahverdiyeva A. Zeynallı adına Musiqi texnikumunda fortepiano ixtisası üzrə təhsilini davam etdirir.

1993 – 1997-ci illərdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fortepiano ixtisası üzrə təhsil alır.

1996-cı ildən, o, pedaqoji fəaliyyətə başlayaraq Q. Qarayev adına 8 saylı musiqi məktəbində (hazırkı Mərkəzi İncəsənət Məktəbi) müəllim vəzifəsində çalışır.

2016-cı ildən B. Allahverdiyeva Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “fortepiano ansamblı və müşayiət” şöbəsinə rəhbərlik edir.

 

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ