Mənsurə Quliyeva

“İxtisas fortepiano” şöbəsi

Mənsurə Quliyeva

Quliyeva Mənsurə Hafiz qızı 12 mart 1974-cü ildə Bakıda anadan olub.

İlk musiqi təhsilini Mərdəkan qəsəbəsindəki 17 saylı Uşaq Musiqi Məktəbində Naibə xanım Xanlarovanın sinfində almışdır. Oxuduğu müddətdə istedadlı şagird kimi özünü göstərmişdir.

1982-ci ildə Q. Qarayev adına müsabiqədə iştirak etmiş, Tərifnamə ilə təltif edilmişdi. 1985-ci ildə Böyük Vətən müharibəsi qələbəsinin 40 illiyi münasibətilə keçirilən Ansambl müsabiqəsində əla ifaçı kimi fərqləndirilmişdir. Həmin ildə Bülbül adına Orta ixtisas musiqi məktəbinə daxil olmuş, Əməkdar müəllim D. T. Mirzəquliyevanın sinfində təhsil almağa başlamışdır.

1992-ci ildən təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında professor F. Bədəlbəylinin sinfində davam etdirmişdi. 1997-ci ildə buranı yaxşı və əla qiymətlərlə bitirib aspiranturanın Kamera Ansambli ixtisası üzrə professor A. Rzayevin sinfinə daxil olmuşdur.

1996-cı ildən Q. Qarayev adına 8 saylı 11 illik musiqi məktəbində (hazırkı Mərkəzi İncəsənət Məktəbi)  çalışmağa başlamışdır. Çalışdığı dövrdə kollektivdə özünü professional müəllim və konsertmeyster kimi göstərmiş və kollektivin rəğbətini qazanmışdır. 1999-cu ildə Respublika müsabiqəsinə yüksək səviyyədə şagird hazırladığına görə Fəxri Fərmanla təltif edilmişdir.

 2013 – 2016-cı illərdə həmin məktəbdə “Fortepiano ansamblı və müşayiət” şöbəsinin müdiri vəzifəsində çalışmış, 2016-cı ildən isə  “İxtisas fortepiano” şöbəsinin müdiridir.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ