Səadət Eminova

Direktor müavini

Səadət Eminova

Eminova Səadət Seyfulla qızı 1965-ci il fevral ayının 6-da Bakı şəhərində anadan olub.

İlk musiqi təhsilini 1973 – 1980-ci illərdə 20 saylı Uşaq musiqi məktəbinin violin sinfində alıb. Daha sonra o, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində, 1984 – 1989-cu illərdə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında viola ixtisası üzrə simli alətlər şöbəsində təhsilini   davam etdirir.

Əmək fəaliyyətinə 1988-ci ildə hələ tələbə olarkən Azərbaycan Dövlət  Musiqili Komediya Teatrında orkestr artisti kimi başlamışdır.

Konservatoriyanı bitirdikdən sonra 1990-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında gənc mütəxəssis kimi əmək fəaliyyətini davam etdirmiş — laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrinə qədər yüksəlmişdir.

1994-cü ildən 4 nömrəli uşaq incəsənət məktəbində müəllim kimi çalışmış, 1996-cı ildən — 2009-cu ilə qədər orada tədris işləri üzrə direktor müavini, 2009-cu ilin fevral ayından 2018-ci ilin iyul ayına qədər isə məktəbin direktoru vəzifəsində çalışmışdır.

2018-ci ilin iyul ayında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

2012-ci ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (indiki Bakı şəhər Mədəniyyət Baş İdarəsi) Direktorlar Şurasının üzvü seçilib.

2014-cü  ildən Nazirliyin pedaqoji kadrların işə qəbulu üzrə komissiyasının üzvüdür.

2019-cu ildə Səadət xanım Azərbaycan Respublikası Prezidentinin 6 mart tarixli 1016 nömrəli Sərəncamı ilə respublikanın ictimai həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

 

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ